Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sabirabaddakı məktəbdə niyə istilik yoxdur?

Sabirabaddakı məktəbdə niyə istilik yoxdur?

Elm və Təhsil Nazirliyi Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik məsələsinə münasibət bildirib.

Day.Az xəbər verir ki, Elm və Təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün "Facebook" hesabında bildirib ki, Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir.

"Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar məktəbdə təmir-bərpa işləri aparır və ən geci sabah məktəbdə istilik olacaq. Əlavə məlumat veriləcək"- deyə o bildirib.

Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlanın soyuq olması barədə paylaşım ediblər.