Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Serj Sarkisyan yenə də dindirildi

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan sabiq müdafiə naziri, müxalifətçi “Hayastan” fraksiyasının deputatı Seyran Ohanyana qarşı aparılan cinayət işi üzrə dindirilib.

Publika.az xəbər verir ki, bunu parlamentdə Ermənistanın Baş prokuroru Anna Vardapetyan bildirib.

"Bu iş çərçivəsində üçüncü prezident ifadə verib. O dindirilib", - xanım Vardapetyan deyib.

Eyni zamanda baş prokuror qeyd edib ki, Sarkisyanın birbaşa göstərişi ilə sui-istifadə hallarının baş verdiyinə dair sübut yoxdur. Lakin sənədlərin birində Ohanyan əllə yazıb ki, bu məsələni prezidentlə müzakirə edəcək.

Qanunverici orqan baş prokuror Anna Vardapetyanın keçmiş nazir və “Hayastan” fraksiyasının hazırkı rəhbəri Seyran Ohanyanın mənimsəmədə və xüsusilə külli miqdarda əmlakı ələ keçirməkdə təqsirləndirilən şəxs statusundan məhrum edilməsi barədə vəsatətini müzakirə edir. Ötən gün verilən vəsatətlərdən biri bağlı qapılar arxasında müzakirə olunub. Ohanyanın özü müzakirədə iştirak etmir.

Səxavət