Azerbaijan

Serj Sarkisyanın kürəyini yerə vuran azərbaycanlı – Foto

Yaşar Qarayev Respublikanın əməkdaş müəllimi, qabaqcıl maarif xadimidir. Bununla yanaşı o, həm də keçmiş ermənistan prezidenti Serj Sarkisyanın çiynini yerə vuran insandır.

İstədik bu hadisənin necə və nə zaman baş verdiyini Yaşar müəllimin öz dilindən öyrənək:

Yaşar Qarayev, Serj Sarkisyanın çiynini yerə vuran azərbaycanlı Yaşar Qarayev

- Salam, Yaşar müəllim. Zəhmət olmasa, əvvəlcə özünüzü oxuculara təqdim edin.

- Salam. Mən, 1953-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açmışam. 1971-ci ildə Lelin adın APİ-nin Tarix fakultəsinə daxil olmuşam.

- Serj Sarkisyanla güləşiniz nə zaman və harada olub?

- Elə bu hadisə də universitet illəri zamanı baş verib. Universitet illərində bədən tərbiyyəsi müəllimim Əziz, güləş müəllimim isə Göyüş müəllim idi. Təxminən 72-73-cü illərdə güləş üzrə yarış keçirilirdi. Müəllimim məni həmin yarışa yazdırmışdı.

- Rinqə çıxanda nə baş verdi? Qarşınızda kim var idi?

- Rinqə çıxanda müəllimim mənə tapşırdı ki, onu məhv edərsən. Rinqə çıxdım və qarşımda Xankəndidən olan bir oğlan - Serj Sarkisyan var idi.

- Rəqibiniz güclü idi?

- Rinqə təzə çıxmışdıq ki, onu çiynimə qaldırıb yerə sərdim. Necə yıxdımsa, yerindən qalxa bilmədi. Onun tərəfdarları bunu görəndə etiraz etməyə başladırlar.

- Bu hadisə baş verən zaman neçə yaşınız var idi?

- Həmin vaxt hardasa, 20 yaşım var idi.

- Güləşlə nə zamandan məşğul olurdunuz?

- Bizim kənddə tarixən güləş olub. Toylarda Cəngi, Koroğlu çalınıb, gənclər, cavanlar bir-biri ilə güləşib. Yəni, güləş dədə-babadan qalma bir sənətdir. Ona görə də, mən universitetə girəndə artıq hazırlıqlı idim. Çünki 14-15 yaşından kənddə güləşmişdim.

- Həmin vaxtlar Ermənistan-Azərbaycan münaşiqəsi yox idi. Bəs rəqibə qarşı kin sizdə hardan idi?

- Bizim kəndimiz Ağsu rayonunun Bico kəndidir. Mən dədəmdən, babamdan, ağsaqqallardan eşitmişdim ki, 1918-ci ildə 400 onların silahlı dəstələri bizim kəndə basqın edib və həmin vaxt Bicolular onların hamısını cəhənnəmə vasil edib. Bizdə onlara qarşı həmişə nifrət olub.

- Bu yarışdan sonra haçansa Serj Sarkisyanla rastaşmısınız?

- Həmin hadisədən sonra bir daha rastlaşmadıq.

- Bəs Serj Sarkisyan Ermənistan prezidenti seçiləndə necə bildiniz ki, həmin güləşdiyiniz adamdır?

- O prezident seçiləndə bütün universitetdən tanıdığım insanlar məni yığırdı. Deyirdilər ki, həmin Sarkisyandır. Hətta qonşu kənddə mənimlə eyni vaxtda oxuyan müəllim var, hər dəfə deyirdi ki, bunu danış, dərc etsinlər.

- Bəs niyə indiyə kimi bu barədə danışmamısınız?

- Bu barədə bir neçə dəfə açıqlamalar vermişəm, amma saytlar, qəzetlər yazmaqdan qorxublar.

- İndi neçə yaşınız var? Serj Sarkisyanı indi efirdən görəndə hansı hissləri keçirirsiniz?

- Hazırda 68 yaşım var. Hər dəfə onu efirdən görəndə qürur duyuram ki, bu insanı illər əvvəl məğlub etmisəm.

Leyla Mirzə, Bizimyol.info

Football news:

Kick It Out wants to urgently discuss with Newcastle the behavior of fans. They were wearing items similar to Saudi hats
The Spanish government opposed the Super League by sending a letter to the Court of Justice of the European Union
Alexander Mostovoy about esports: This is not a real sport. There is nothing to do: neither run nor jump
Rooney is Interested in the position of head coach of Newcastle
Real Madrid, Atletico and Inter are Interested in the Austrian league's top scorer Adeyemi
The head of the Italian Football Federation about Ronaldo in Juve: Good for our football, but for the club it was not a positive transfer
Samuel Umtiti: I love Barca, I want to succeed here. I can't imagine myself in another club