Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Seyran Ohanyanın deputat mandatı ləğv oluna bilər

Ermənistan Baş Prokurorluğu ölkə parlamentinə bəzi deputatların mandatlarının ləğv edilməsi ilə bağlı müraciət edəcəyi barədə KİV-də yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş Prokurorluq bununla bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Xatırladaq ki, bu gün Ermənistan "Joxovurd" qəzetinin dərc etdiyi xəbərə görə, ölkə parlamentinin dekabrın 6-sı keçirilməsi nəzərdə tutulan sessiyası zamanı Baş prokuror Anna Vardapetyan müraciət edəcək.

Bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan da jurnalistlərə müsahibəsi zamanı Baş prokurorun "Ermənistan" fraksiyasının üzvü olan 3 deputatın, o cümlədən Seyran Ohanyanın mandatının ləğvi barədə müraciət edəcəyi istisna olunmur.

Milli.Az