Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Şeyx 15 ildir qazpulu ödəməyib?

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 ildir qaz pulu ödəmirmiş".

Milli.Az xəbər verir ki, bunu tanınmış jurnalist Əvəz Zeynallı Xural TV-nin "Siyasət meydanı" verilişində deyib. O bildirib ki, "Azəriqaz" əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.

"Verilən məlumatlara görə, "Azəriqaz" əməkdaşları Şeyxin evinə girə biliblər və orada qeyri-qanuni qaz xətləri aşkara çıxıb. Təbii ki, onlar ləğv olunub. Bilmirəm buna görə cərimə yazılıb, ya yox. Amma aldığım məlumata görə, bu qeyri-qanuni xətlər 15 ildir var və Şeyx bu illər ərzində qazpulu ödəmirmiş. Mən maraqlandım və öyrəndim ki, villasında aylıq qaz sərfiyyatı 3-5 min manat aralığında olub".

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, onda belə bir məlumat yoxdur: "Bizimçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz".

Milli.Az