Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Si Cinpin xalqa müraciət etdi: Müharibəyə hazırlaşın

Çin Xalq Azadlıq Ordusu və Çin xalqı mümkün genişmiqyaslı müharibəyə tam hazır olmalıdır.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin parlamentin illik iclasında bildirib. Bu barədə "Foreign Affairs" jurnalı məlumat yayıb.

Jurnalın rəyçiləri iclaslar zamanı sədrin Çini müharibəyə hazırladığını bildirən dörd çıxışının məzmununa diqqət çəkib.

“Düşmənlərimizlə onların başa düşdüyü dildə danışmalı və hörmət qazanmaq üçün qələbədən istifadə etməliyik. Yeni dövrdə Çin Xalq Azadlıq Ordusu döyüşlərə son qoymaq üçün hərbi gücdən istifadə etməkdə israrlıdır”, - Si Cinpin Çin parlamentinin mart iclaslarından əvvəl dərc olunmuş məqaləsində yazıb.

Bildirilir ki, Si Pekinin ehtiyat qüvvələrini mümkün qədər tez aktivləşdirmək məqsədilə 2022-ci ilin dekabr ayından etibarən Çində yeni hərbi komissarlıqlar və toplaşma məntəqələri açıb.

Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirmişdi ki, Çin Xalq Azadlıq Ordusu sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığa hazırdır. O əlavə edib ki, Çin və Rusiya orduları strateji koordinasiyanı gücləndirməyi, müntəzəm olaraq dənizdə və havada birgə təlimlər keçirməyi planlaşdırırlar.

Mehti Kamiloğlu