Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Silahlı azərbaycanlılar tutuldu -

Rusiyanın Sankt-Peterburq şəhərindəki kafelərin birində qanunsuz silah gəzdirən azərbaycanlılar saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ekstremizmlə mübarizə şöbəsinin əməkdaşları Elaşd Batıyev və Şaiq Məmmədov adlı iki azərbaycanlını saxlayıblar.

Məlum olub ki, E. Batıyev illər öncə Leninqrad vilayətində adam oğurluğuna görə həbs edilibmiş. Ş. Məmmədov isə bu ilin aprelində şəhərin Krasnoselsk rayon məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib.

O, toy mərasimində silahla havaya atəş açmaqda təqsirkar bilinib.

Milli.Az