Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Simeone ailəsi A seriyasının tarixinə necə düşdü?

Simeone ailəsi - "Napoli"nin futbolçusu Covanni Simeone və onun, hazırda "Atletiko"nu çalışdıran atası Dieqo Simeone İtaliya A Seriyasının tarixinə düşüblər.

Publika.az xəbər verir ki, bu, Covanninin ötən gecə yarışın 20-ci turunda "Roma" ilə oyunda fərqlənməsi ilə reallaşıb. Nəticədə daha əvvəl “Cenoa”, “Fiorentina”, “Kalyari”, “Verona”nın da formasını geyinən 27 yaşlı forvard A seriyasıda 70-ci qolunu vurub.

Futbolçu karyerası ərzində “Piza”, “İnter” və “Latsio”da çıxış edən Dieqo Simeone isə İtaliyadakı karyerasında 30 qol vurub. Beləliklə, Simeone ailəsinin təmsilçiləri A Seriyasında 100 qola sahib olublar. Onlar bunu bacaran 5-ci ailədirlər.

A seriyasında 100 və daha çox qol vuran ailələr:

Mazzola - 221 qol (Sandro-116, Valentino-93, Ferruççio-12);

Savoldi - 180 qol (Cüzeppe-168, Canluici-7, Canluka-5);

Kyesa - 174 qol (Enriko-138, Federiko-36);

Vieri - 160 qol (Roberto-18, Kristian - 142);

Simeone - 100 qol (Dieqo-30, Covanni-70).

Heybət