Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Simonyan hakimiyyəti tənqid edən rus mühacirlərini mühakimə etməyə çağırır

Simonyan hakimiyyəti tənqid edən rus mühacirlərini mühakimə etməyə çağırır

“Russia Today” kanalının rəhbəri Marqarita Simonyan yeni “orijinal” təklif irəli sürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  “Vladimir Solovyovla axşam” verilişində RT-nin baş redaktoru ölkəni tərk edən və hakimiyyəti tənqid edən rusların vətənə xəyanətdə mühakimə olunmalı olduğunu deyib:

“Ümumiyyətlə, bu şəxslər Cinayət Məcəlləsinin “dövlətə xəyanət” maddəsi ilə mühakimə olunmalıdırlar. Biz “Xüsusi hərbi əməliyyat”dan (Rusiyada Ukraynaya qarşı aparılan işğalçı müharibəyə qoyulan rəsmi ad-red.) öncə də bunu danışmışdıq. Və mən hələ də başa düşə bilmirəm ki, niyə bu insanlar hələ də “vətənə xəyanət” maddəsi ilə mühakimə olunmurlar. Orada rus dilində yazılıb ki, sifarişlə və ya pulla məlumat toplayırsansa və ya başqa yolla öz ölkənlə düşmənçilik edən xarici dövlətə töhfə verirsənsə, hansısa yolla öz ölkənə qarşı vuruşursan ",-deyə Simonyan deyib.

İtaliyada, Komo gölü sahillərində villası olan aparıcı Vladimir Solovyov onun ideyasını dəstəkləyib. O, ölkədən gedənlərin əmlakına dövlətin həbs qoyulmamasından da şikayətlənib: “Biz onların əmlakına belə toxunmuruq. Hələ “müsadirə” o yana, heç həbs də etmirik”. Solovyova görə, Rusiya artıq güllələnmə dövrlərinə geri qayıtmalıdır.

Musavat.com