Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Sinqapurda “ağıllı” mini ev - FOTO

Sinqapurun məşhur "Nestron" studiyasının dizaynerləri tərəfindən Cube seriyasının modul mini ev layihəsi bir daha təkmilləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ən müasir texnologiyaya, ekologiya və təhlükəsizlik standartlarına uyğun olan mini ev çox yığcam olduğundan onu dağ yaylasında, meşənin kənarında və ya kiçik bir torpaq parçası üzərində tikmək mümkündür.

Evin nəhəng pəncərələri ətraf aləmin gözəlliyindən həzz almağa imkan verəcək və "ağıllı" intellektual sistemlər məhdud yaşayış sahəsini tam kompensasiya edəcək.

Sahəsi 14,5 kvadratmetr olan modul ev 3-4 nəfərlik ailə üçün nəzərdə tutulub. Yaşayış üçün ideal sayılan və əsasən polad karkasdan hazırlanan ev zəlzələ və qasırğaya da tab gətirəcək.

Milli.Az