Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Şirvanda istilik problemi - Bu mənzillərə istilik verilmir - VİDEO

Şirvanda məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən yaşayış kompleksinin istiliklə təchizatında problem var. Sakinlərin sözlərinə görə 2 həftədən artıqdır ki, mənzillərə istilik verilmir. Məsələyə münasibət bildirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəliyindən bildirilib ki, kompleksin ''Azəriqaz'' İstehsalat Birliyinə borcu yaranıb. Bəs görəsən problem nə zaman həll ediləcək? 

Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 606 məcburi köçkün ailəsinin məskunlaşdığı Şirvandakı yaşayış kompleksinə 2 həftədən çoxdur ki, istilik verilmir. Sakinlərin sözlərinə görə ötən il belə problem olmayıb. Ölkə ərazisində noyabrın 15-dən istilik mövsümünə start verilsə də, onlar bundan məhrumdurlar.

Sakinlər bildirirlər ki, soyuq evlərdə qalın paltarda otururlar. Məcbur qalıb mənzillərini elektrik sobaları ilə qızdırırlar.  

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəsi Vəkil Hüseynov şifahi olaraq bildirib ki, kompleksin ''Azəriqaz''  İB-ə 280 min manat borcu yaranıb. Nəticədə istiliklə təchizatda problem çətinliklər olub. ''Artıq həmin məsələ həll olunub. Növbəti həftənin 1-ci günüdən etibarən mənzillərə istiliyin verilməsi təmin ediləcək'' - deyə Vəkil Hüseynov əlavə edib.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az