Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

SON DƏQİQƏ: Bakının mərkəzində ticarət obyektləri yanır, yollar və metronun giriş-çıxışı bağlandı - FOTO/VİDEO

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar metronun "Nəriman Nərimanov" stansiyasının giriş-çıxışlarından biri bağlanıb.

Stansiyanın yanğın baş verən əraziyə çıxan girişindən sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

xxx

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.

xxx

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.

Publika.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

BNA ərazidə tıxacın yaranması barədə xəbərdarlıq edib.