Azerbaijan

SON DƏQİQƏ: Hərbi qulluqçumuz şəhid oldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilmişdir.

Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir.

Football news:

Rummenigge on Kimmich's position on vaccination: He has a responsible approach. But from the point of view of an example, it would be better for him to be vaccinated
Luis Suarez: Messi deserved the Golden Ball, he had a great year. I think Leo has no competitors
Rummenigge about Bavaria: We are among the top three clubs in Europe. Our football can be enjoyed
The Salah-Firmino-Mane trio is still powerful, but Jota is eager to take the Brazilian's place. What does each of the options give Liverpool?
Atletico is not yet sure whether to extend the contract with Suarez. Simeone will have the final word
Gerard Pique: I will finish my career at Barca, but I don't want to leave as a reserve player. I'll leave when I see that I'm not as important as before
Chelsea congratulated Abramovich on his birthday. He turned 55 years old