SON DƏQİQƏ: Qardaş ölkədə dəhşətli qəza baş verdi

Türkiyədə şagirdləri daşıyan iki avtobus qəzaya uğrayıb.

Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Nevşehirdə Hacı Bektaş Vəlinin vəfatının 750-ci ili münasibətlə keçiriləcək yürüşə qatılmaq üçün 81 vilayətdən gələn şagirdləri daşıyan iki avtobusun düşdüyü qəzada 44 nəfər yaralanıb.

Onlardan 39-u şagirddir.

Avtobuslardan biri evakuatorla toqquşub, arxadan gələn digər avtobusun sürücüsü qəzadan yayınmaq istəyərkən manevr edib və bu zaman maşın aşıb.

Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.