Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Soros Fondu yenə anti-Azərbaycan təbliğatının ruporu rolunda

Elçin Mirzəbəyli: “Sorosun Şərqi Avropadan qovulması perspektivi də reallaşa bilər”

Əli Orucov: “Bir çox hakimiyyətlər Soros Fondunu öz ölkələrində görmək istəmirlər”

İlyas Hüseynov: “Onun başının üzərində qara buludlar hər zaman olur ”

Amerikalı milyarder Corc Sorosun Açıq Cəmiyyət İnstitutu 25 ildir fəaliyyət göstərdiyi Tacikistanı tərk edib. Bu barədə "Kommersant" nəşri yazıb. Fond bu qərarı 2021-ci ildə başlanan transformasiya prosesi ilə izah edib. 

Fondun bəyanatında deyilir ki, Tacikistandakı ofislərin bağlanması qərarı “kütləvi transformasiyanın nəticəsidir”.

Aydındır ki, Soros Fondu Tacikistanda “heç nəyə nail olmadığı” üçün tərk edib. Çünki eyni məntiqlə “transformasiya” prosesi Ermənistana da aid olmalı idi. Dünyanın bir çox ölkələri Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan “Açıq Cəmiyyət Fondu - Ermənistan” (Soros Fondu) demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çatdı. Sorosun bir nömrəli adamı Ermənistanın baş naziri oldu. Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başladı. Belə ki, təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib. Eyni zamanda “Açıq cəmiyyət - Ermənistan” Fondu da koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Bu ilin yayında Soros Fondu postsovet ölkələrində ən güclü dayağı Ermənistandakı ofisinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilmişdi. Erməni mediası xəbər verirdi ki, vəkillər Tiqran Atanesyan və Marqarita Gilumyanın Soros Erməni Fondunun ləğvi ilə bağlı iddia qaldırmışdı. Aydın idi ki, Sorosu Ermənistanda bağlamaq istəyi təkcə bir qrup ermənilərin deyil, Rusiyanın da marağında idi. Çünki Paşinyan fondan gələn pullarla “müstəqil siyasət” yürütməyə həvəslənir. O cümlədən bu fond sülhə qarşı da əngəldir. Ermənistanda hələ də fəaliyyət göstərən Soros Fondu həm də anti-Azərbaycan təbliğatına “öncüllük” edir. Soros Fondu, son olaraq Azərbaycana qarşı daima qərəzli olan “Transparency İnternational”, Helsinki Vətəndaş Assambleyasının yerli ofisləri ilə birləşərək ermənilərin guya Qarabağda “diskriminasiya” edilməsi barədə yalan hesabatlar hazırlayıblar. “Ərazilərdə erməni tarixi və mədəni abidələrinin qorunub saxlanılması üçün təcili və təsirli tədbirlərin görülməsinə çağırıblar”. Təəssüf ki, bu cür hesabatları beynəlxalq qurumlar “mötəbər sənəd” kimi qəbul edirlər…

Elçin Mirzəbəyli — Vikipediya

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Sorosun başqa yerlərdən də qovulacağını düşünür: “Soros Fondunun Tacikistandan getməsi rəsmi Düşənbənin son addımlarının məntiqi nəticəsidir. Çünki Tacikistan parlamentində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingentinin və hərbi texnikasının ölkə ərazisində müvəqqəti yerləşməsinə icazə verən sənədin, həmçinin təşkilatın sülhməramlı qüvvələrinin fəaliyyətini əlaqələndirən dövlətlə bağlı düzəlişin ratifikasiyasından sonra Corc Sorosun casus şəbəkəsi Tacikistanda qala bilməzdi. Başqa bir səbəb isə şübhəsiz ki, Tacikistanla Özbəkistan arasında məxfi məlumatların mübadiləsi ilə bağlı sənədin ratifikasiyasıdır. İndi növbə Ermənistanındır. Çox güman ki, Ermənistan Sorosla bağlı mövqeyinə yenidən baxmalı və Rusiyanın əlaqələndirici rolunu ehtiva edən düzəlişi ratifikasiya, həmçinin KTMT çərçivəsində məxfi məlumatların mübadilə edilməsi ilə bağlı razılaşmalara əməl etməli olacaq. Mahiyyət etibarilə, Sorosun fəaliyyəti bundan sonra Ukrayna və hələlik Moldova istisna olmaqla, postsovet məkanında məhdudlaşacaq. Uzaq perspektivdə isə Corc Sorosun Şərqi Avropadan qovulması perspektivi də reallaşa bilər”.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə təzyiqləri artırmalıdır”

AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov bildirdi ki, Soros Fondunu iqtidarlar artıq öz ölkələrində görmək istəmirlər: “Sorosun və onun yaratdığı Fond dünyada heç də birmənalı qarşılanmır. Onun "Açıq Cəmiyyət" institutu və ya fond vasitəsi ilə milyarderin özü dünyanın müxtəlif ölkələrində gedən siyasi proseslərə bu və ya digər şəkildə ciddi təsir göstərir. Onun həyata keçirdiyi rəngli inqilablar çox keçmədən qeyri sabitliyə yol açır. Odur ki bir sıra dövlətin hakim dairələri bu fondun və institutun fəaliyyətini məhdudlaşdırır. Qonşu Gürcüstanda Şevarnadzenin hakimiyyətdən getməsində və “Qızılgül inqilabı”nın başa çatmasında Sorosun əlinin olması barədə iddialar da səsləndirilir. Azərbaycanda Açıq Cəmiyyət institutu fəaliyyət göstərirdi və bu institut bir sıra layihələri həyata keçirib. Milyarderin özü 014-ci ildə Bakıda olub və prezident İlham Əliyevlə görüşüb. Soros Fondu son dövrlər bir qədər fəaliyyətində dəyişikliklər edib. Xüsusən də, postsovet məkanında imicinin zədələnməsi və hakimiyyətlərin məsafəli davranışları bir qədər ehtiyatlı davranış sərgiləmək məcburiyyəti qoyub. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan Sorosun nəzarətindədir. Demək olar ki, ermənilərin özləri belə bunu etiraf edərək Paşinyanı “Sorosun uşağı” adlandırırlar. “Transparency İnternational” , Helsinki Vətəndaş Assambleyası zaman-zaman Azərbaycan əleyhinə və qərəzli hesabatlar yayıb. Doğrudur, bu hesabatların heç bir hüquqi və siyasi qüvvəsi yoxdur. Lakin Azərbaycana təzyiq göstərmək üçün hansısa qüvvələrə bəhanə verir. Guya Azərbaycanda, xüsusən də, işğaldan azad olunmuş ərazilərdə erməni nədi irsinin dağıdılması barədə əsassız və uydurma ittihamlar da bu qəbildəndir. Əslində isə adıçəkilən tarixi mədəniyyət nümunələri qorunub saxlanılır və bərpa edilir. Ən vacibi isə bu abidələrin ermənilərə heç bir aidiyyəti yoxdur. Bunlar Azərbaycan xalqının qədim irsidir və öz irsimizə də sahib olmağı bacarırıq. Təəssüflər olsun ki, ermənilər tərəfindən dağıdılan, talan və məhv edilən, oğurlanan, özününküləşdirilən, təhqir edilən tarixi maddi mədəniyyət irsimiz barədə heç bir qurum, heç bir beynəlxalq təşkilat təcavüzkarlar və vandallar haqqında bir kəlmə də deməyiblər. Bu cür ədalətsiz yanaşmadır ki, Soros Fondunu bir çox hakimiyyətlər öz ölkələrində görmək istəmirlər”.

İlyas Hüseynov: Dövlət başçısının yeni sərəncamı ahıl insanlara sosial xidmətlər göstərən sosial işçilərə diqqət və qayğının

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə bildirdi ki, Amerikalı milyarder Corc Sorosun məqsədləri hər kəsə bəllidir: “İnqilabları maliyyələşdirmək, siyasi texnologiyaların, hibrid əsaslı yanaşmaların tətbiqi ilə hədəfləyirlər. Bəzi ölkələrdə bu “keçid” qanlı və faciəvi olur və heç zaman liberal dəyərləri, siyasi plüralizmi və demokratiyanı gətirmir. Ermənistanda Sorosun layihəsi nəticəyə vardı. Nikol Paşinyan 2018-ci ildən hakimiyyətdədir. Lakin onun hakimiyyətə gətirilməsindən daha çox, birinci kürsüdə saxlamaq bu gün Sorosu düşündürür. Növbədənkənar parlament seçkilərində qalib gəlməsinə, hakimiyyət daxilində təmizləmələrə baxmayaraq, onun başının üzərində qara buludlar hər zaman dayanır. Məhz buna görə də “Açıq cəmiyyət - Ermənistan” Fondu 2019-cu ildə Ermənistana 3,6 milyon dollar, koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Lakin fondun anti-Azərbaycan mövqeyi də diqqət çəkir. Bununla da Soros Fondu regionda sülhün və təhlükəsizliyin dayanıqlı olmasına maneə törədir. Bu cür yanaşmalarla “hakimiyyətin sponsorları” hər zaman müxtəlif regionlarda permanent gərginliyin və eskalasiyaların yaradılmasında maraqlı olurlar ki, öz eksklüzivliklərini qorusunlar və hakimiyyətlər onlardan asılı vəziyyətdə qalsınlar.

Cavanşir ABBASLI
Musavat.com