Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Şoyqu: “Noyabrda 8300-dən çox hərbçi....”

Ukrayna qoşunları noyabr ayında 8300-dən çox hərbçi, 5 təyyarə, 10 vertolyot, 149 tank və 300-dən çox zirehli texnika itirib.

Publika.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ordu rəhbərləri ilə müşavirədə bildirib.

“Rusiya Silahlı Qüvvələri Donbası azad etməyə davam edir. Son vaxtlar Mayorsk, Pavlovka, Opıtnoye, Andreyevka, Beloqorovka Yujnaya və Kurdyumovka bizim nəzarətimizə keçib. Luqansk-Donetsk və Cənubi-Donetsk istiqamətlərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasına xeyli ziyan dəyib”, – nazir bildirib.

“Rusiya hərbçiləri uzunmənzilli dəqiq silahlarla hərbi komandanlıq və idarəetmə obyektlərinə, hərbi-sənaye kompleksinin müəssisələrinə, eləcə də əlaqəli hədəflərə kütləvi zərbələr endirir”, – Şoyqu əlavə edib.

Səxavət