Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Stoltenberq Cənubi Koreyaya getdi

NATO-nun baş katibi Yens Stoltenberqin alyansın Asiyadakı müttəfiqləri ilə əlaqələrini gücləndirmək üçün Cənubi Koreyaya səfəri başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, Asiyada, Hind-Sakit Okeanda baş verənlər Avropa və NATO üçün vacibdir:

“Mən qəti şəkildə inanıram ki, biz Koreya ilə NATO arasında tərəfdaşlığı gücləndirməliyik, çünki təhlükəsizlik getdikcə daha çox kövrəlir. NATO-ya üzv dövlətlər dünyadakı problemlərdən təsirlənir, qlobal təhdid və çağırışlara, o cümlədən Çindən gələn təhlükələrə qarşı durmaq üçün regiondakı tərəfdaşlarla daha sıx əməkdaşlıq etmək istəyir”.

Y. Stoltenberq Seulda prezident Yoon Seok Yeol, xarici işlər naziri Pak Cin, milli müdafiə naziri Li Çon Sup və Cənubi Koreyanın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək.