Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Stoltenberq Ukrayna münaqişəsində NATO-nun vəzifəsini AÇIQLADI

NATO-nun vəzifəsi Ukraynadakı münaqişənin dövlətin hüdudlarından kənara çıxmasının qarşısını almaqdır.

Publika.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq "Ruptly" agentliyinin canlı yayımı zamanı deyib: "NATO-nun vəzifəsi Ukraynanı dəstəkləmək və Ukraynadan kənarda müharibənin qarşısını almaqdır"

O, həmçinin qeyd edib ki, alyans hər bir müttəfiqi qorumağa hazırdır.

Rusiya fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Ukrayna ərazisində xüsusi hərbi əməliyyata başlayıb. Onun məqsədlərindən biri də NATO-nun Rusiyanın qərbindəki təsirini azaltmaq idi. Lakin xüsusi əməliyyat başlayandan sonra alyans ölkələri Ukraynaya hərbi dəstək verməyə başlayıb.

Hüseyn İbadlı