Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Stoltenberqdən KRİTİK AÇIQLAMA: "Çin sülh istəyirsə..."

"Çin Ukraynadakı silahlı münaqişənin sona çatmasını istəyirsə, Kiyevlə dialoqa başlamalıdır".

Publika.az xəbər verir ki, bunu martın 21-də Brüsseldə keçirdiyi brifinqdə NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki,

O, Çinin təklif etdiyi sülh planından danışaraq, münaqişənin sülh yolu ilə həlli üçün hansı şərtlərin məqbul olacağına qərar vermənin Ukrayna hakimiyyətinin öhdəliyində olduğunu deyib.

NATO rəhbəri həmçinin qeyd edib ki, Çin Rusiyanın Ukraynaya qarşı keçirdiyi xüsusi əməliyyatı qınamayıb və davamlı sülhə töhfə verən hər hansı təşəbbüsü dəstəklədiyini bildirib.

Baş katib vurğulayıb ki, istənilən təşəbbüs Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalıdır ki, bu da prezident Zelenskinin təklif etdiyi sülh planının əsas elementidir.

Hüseyn İbadlı