Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sülhməramlılara aid 3 maşın Laçın yolundan maneəsiz keçib

Sülhməramlılara aid 3 maşın Laçın yolundan maneəsiz keçib

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Day.Az Trend-in Şuşaya ezam olunan müxbirinə istinadən xəbər verir ki, Laçın istiqamətindən gələn karvan 2 yük, 1 minik avtomobilindən ibarət olub. Maşınlar Xankəndi istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 101 gündür davam edir.