Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sumqayıtda avtomobil yolu yenidən çökdü - VİDEO

Sumqayıtda eyni gündə iki küçədə yol çöküb. Aidiyyəti qurumlar əraziyə cəlb olunub. Məlum olub ki, yolun altından keçən  köhnə kollektor xəttində qəza olub. Çökmənin olduğu küçələrin birində avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda yeni təmirdən çıxan yol yenidən çöküb.  Hadisə şəhərin 20-ci  məhəlləsində baş verib.

Əraziyə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları və su kanal idarəsinin rəhbərliyi baxış keçirib. Hazırda həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb və alternativ yoldan istifadə edilir. Sumqayıt Su Kanal İdarəsinin baş mühəndisi yeni təmir edilmiş yolun hansı səbəbdən çökdüyünə aydınlıq gətirib. 

Sakinlər sözügedən ərazidə yolun dəfələrlə çökdüyünü deyirlər.

Kamran Hüseynov küçəsi ilə yanaşı eyni kollektorun keçdiyi Heydər Əliyev prospektində də çökmə qeydə alınıb.

Milli.Az