Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sumqayıtda şəhid plakatı "oğurlanıb" -

Sumqayıtda şəhid plakatı basdırıldığı yerdən götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə noyabrın 29-u gecə saatlarında baş verib. 4 naməlum şəxs 1-ci mikrorayon ərazisində Vətən müharibəsi şəhidi Rahib Babayevin xatirəsinə quraşdırılmış plakatı oğurlayıblar. Şəhidin həyat yoldaşı bununla bağlı polis orqanlarına müraciət edib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Baş verən hadisə araşdırılır", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak edib və sentyabrın 30-da həlak olub. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Milli.Az