Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sürüşmə təhlükəsinə görə evlərindən köçürülmüş 65 ailə narazıdır - VİDEO

Suraxanı rayonu Zığ qəsəbəsində yaşayan bir qrup sakin evləri sürüşmə ərazisində yerləşdiyi üçün, dövlət tərəfindən kirayə evlərə köçürülüb. Sakinlər iddia edirlər ki, kirayə pulları ilk 3 ay qarşılansa da, hazırda onlara heç bir məbləğ ödənmir. Belə sakinlərin sayı 65 ailədir. Suraxanı rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sakinlərə verilən kirayə ödənişləri davam edəcək. Sadəcə olaraq onlar icra hakimiyyətinin mühasibatlığına yaxınlaşmalıdırlar...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsinin sakinləri, bir müddət əvvəl yaşadıqları ərazidəki sürüşmə təhlükəsi səbəbindən kirayə evlərə köçürülüblər. Onların kirayə ödənişlərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub. Lakin sakinlər bir aya yaxındır kirayə pulunun ödənmədiyini iddia edirlər. Onlar deyirlər ki, hazırda kirayə qaldıqları evlərin pulunu ödəyə bilmədikləri üçün evdən çıxarıla bilərlər.

Sakinlər deyirlər ki, kirayədə nə vaxta qədər qalacaqları barədə də onlara məlumat verilməyib.

Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov bildirdi ki, sakinlərin kirayə ödənişi üçün ayrılmış 3 aylıq müddət başa çatıb. Lakin müddət yenidən 9 ay artırılıb. Sakinlər növbəti ayların kirayə pulunu almaq üçün qurumun mühasibatlıq şöbəsinə müraciət etməlidirlər.

Mehman Hüseynov onu da qeyd etdi ki, sürüşmə təhlükəsi ilə bağlı artıq bir qrup sakin Zığ qəsəbəsi ərazisində topraq sahəsi və maddi yardımla təmin olunub. Dəqiq vaxtı məlum olmasa da, bu sakinlərin də problemi həll ediləcək.

Milli.Az