Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Təhsil fəaliyyəti ilə bağlı idxalçılara “yaşıl işıq”- qanun

Milli Məclisin iclasında “Gömrük tarifi haqqında” qanuna da dəyişiklik müzakirəyə çıxarılıb. Bu dəyişikliyə əsasən, təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad edilir.

Komitə sədri Tahir Mirkişili layihə barədə məlumat verdi. Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq. Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Məsələ səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olundu.

E.Paşasoy,

Musavat.com