Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Təxliyə təyyarəsi Tehrandan yola düşdü

Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovun cənazəsi Tehranın hava limanından Bakıya yola salınıb.

Publika.az xəbər verir ki, Azərbaycan səfirliyinin təxliyə edilmiş əməkdaşları ailə üzvləri ilə birlikdə, habelə səfirliyin terror aktı zamanı yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb. Yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

Qeyd edək ki, Orxan Əsgərov İrandakı səfirliyimizin mühafizə xidmətinin rəisi olub və 27 yanvarda törədilən terror aktı zamanı qəhrəmancasına şəhid olub.

Şəhid Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülüb. Bu məqsədlə Azərbaycan tərəfindən təyyarə ayrılıb. Lakin İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidirdi.