Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Tailanddan Malayziyaya gedən yük qatarına bombalı hücum -11 vaqon sıradan çıxdı

Tailanddan Malayziyaya plastik daşıyan yük qatarına bombalı hücum təşkil edilib.

Musavat.com xəbər verir ki, 15 vaqonlu yük qatarı Sonqkla əyalətindən keçərkən bombalanıb.

Güclü partlayış nəticəsində 15 vaqondan ibarət qatarın 11 yük vaqonu relsdən çıxaraq yolun kənarına düşüb. 2-si mexanik olmaqla 4 nəfərlik heyətin olduğu qatarın lokomotiv hissəsi relslərdə qalıb. Hadisə zamanı xəsarət alan və ölən olmayıb.

Bölgə polis rəisi Bantern Laochareng hadisədən sonra verdiyi açıqlamada hücumun 26 kiloqramlıq əldəqayırma bomba ilə edildiyini, şiddətli partlayışdan sonra isə bombanın yerləşdirildiyi relslərin altında 2 metrlik çuxurun əmələ gəldiyini bildirib. Polis rəisi həmçinin hücumda terror şübhələrinin olduğunu da bildirib.

Hücumun baş verdiyi Hatyai (Tayland) - Padanq Besar (Malayziya) qatar xətti nəqliyyata bağlanarkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Musavat.com