Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Taksilərlə bağlı qanun dəyişir, yeniliklər gəlir...

Taksilərlə bağlı qanun dəyişir, yeniliklər gəlir...

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək.

Day.Az xəbər verir ki, bununla bağlı Milli Məclisə "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklər layihəsi daxil olub.

Millət vəkili  Rüfət Quliyev "Xəzər Xəbər"ə müsahibəsində layihənin parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacağını deyib.

Deputat qeyd edib ki, qaydaların dəyişməsinə aktuallaşdıran ən ciddi məsələlərdən biri də təhlükəsizliklə bağlıdır.

"Taksi şirkətlərinin çox olması qiymət siyasətinə də təsir edir",- deyən Rüfət Quliyev qeyd edib ki, gediş haqqı məsələsinə dövlət nəzarəti olmalıdır.

O, qeyd edib , yeni qaydalarda vahid qiymət siyasətinin tətbiqinə  toxunulmur. Burada məcburiyyət ola bilməz.

"Çünki, sahibkarlıq fəaliyyətinə müdaxilə az olmalıdır."

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: