Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Tanınmaz hala düşən əməkdar artist: "Hər şeydən qorxmağı öyrədiblər"

Xəbər verdiyimiz kimi, əməkdar artist Gülzar Qurbanova sosial mediada fotosunu paylaşaraq izləyicilərini qorxutmuşdu.

Publika.az xəbər verir ki, tanınmış kino ulduzu yenidən eyni addımı atıb və məşhur filmdən sitat gətirib. Alhah qorxusundan söz açan aktrisanın fikirlərini təqdim edirik:

"Martin Skorsezenin "İsa Məsihin son tamahı" filmində İsanın belə bir mətni var:

"Mən yalançı və riyakaram. Hər şeydən qorxuram. Qadın görəndə onu arzulasam da, Tanrı naminə ondan imtina edirəm. Mən oğurluq etmirəm, qan tökmürəm, ona görə yox ki, şirniklənmirəm, ona görə ki, qorxuram. Sənə, bütün dünyaya, Tanrıya qarşı üsyan etmək istəyirəm. Amma qorxuram.

Bilmək istəyirsən, anam və atam kimdir?

Bilmək istəyirsən, mənim Tanrım kimdir? "QORXU".

Qərbdən fərqli olaraq, bizim tanrımız gözəllikdir, sevgidir. Düzdür, bizə hər şeydən qorxmağı öyrədiblər. Və çoxumuz qorxu içində böyümüşük. İnsanlar qorxunun təhlükədən qoruduğunu düşünürlər, amma əslində elə deyil. Qorxmadan yaşamaq, insanları, Yaradanı və yaradılışı sevərək yaşamaq… Yalnız sevgi bizi qorxudan daha etibarlı şəkildə qoruya bilər.

Sevgi sağ qalmağımıza kömək edər.

Hətta məna axtarmağı da unutdurar... Ona görə axtarmağı dayandırıb, həyatı yaşayın... Qorxularınıza da meydan oxuyun".