Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Tanınmış klarnet ifaçısı vəfat etdi

Tanınmış klarnet ifaçısı vəfat etdi

Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib.

Day.Az-ın məlumatına görə, Hacı Həmidoğlu 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan klarnet ifaçılığı sənətində kifayət qədər tanınıb sevilən sənətçilərdən biri də Hacıbaba Məhərrəmov - Hacı Həmidoğlu olub. 40 ilə yaxındır ki, milli musiqimizin təbliğində saysız uğurları olan Hacı Həmidoğlu bu illər ərzində dünyanın otuzdan artıq ölkəsində - Fransa, Almaniya, İsveç, Kanada, Türkiyə, Bolqarıstan, Vyetnam, Misir və digərlərində qastrol səfərlərində olmuş, klassik muğam, milli rəqs və xalq mahnılarımızı layiqincə təmsil etmişdir.