Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Telefon itən zaman necə tapa bilərik? - Mütəxəssis yollarını

Telefon itən zaman necə tapa bilərik? - Mütəxəssis yollarını

"Ümumiyyətlə texnologiya inkişaf etdikcə təlabatdan yaranan məsələlər insanları daha çox maraqlandırır və ön plana çıxır. Bunlardan biri də insanların şəxslərinə aid olan, itirilməsi və oğurlanması daha çox müşahidə olunan daşınabilən mobil avadanlıqlardır. Smartfon və planşeti olanlar bu tipli hadisələrlə daha sıx qarşılaşdıqları üçün, istehsalçı bu avadanlıqların itirilməsi halında müəyyən həllər təqdim edir".

Day.Az xəbər verir ki, bu barədə sonxeber.az-a olan açıqlamasında İnformasiya Texnologoyaları üzrə Mühəndis-Ekspert Bəhruz Əliyev deyib.

O qeyd edib ki, istifadəçilərin yaxşı tanıdığı Apple şirkətinin İOS əməliyyat sistemi, Google şirkətinin Andiroid əməliyyat sistemlərində belə imkanlar mövcuddur.

"Əgər şəxs müvafiq avadanlığı itirərsə, avadanlığı qeydiyyatdan keçirdiyi hesaba hər hansı digər komputer, planşet və smartfonla daxil olaraq, itirdiyi avadanlığı axtara bilər. Adətən istehsalçı bu halda müxtəlif həllər təklif edir".Bunun üçün:

1. Smartfon vəya planşetdə mütləq internet, GPS aktiv olmalıdır.

2. Bu halda itirilmiş avadanlığı tapmaq üçün, qeydiyyatdan keçdiyiniz hesaba daxil olursuz.

3. Müvafiq bölmədən, məsələn: Avadanlığımı tap(Find my Device) bölməsindən axtarışı işə salırıq.

4. Avadanlıq söndürülmüş, enerjisi bitmiş, internetsiz deyilsə, GPS açıqsa və şəbəkəsi varsa, itirdiyiniz yeri sizə göstəriləcək.

5. Əlaqə yoxdursa, ən son aktiv olduğu yeri göstərəcək.

6. Əgər yaxında isə yüksək səsi aktivləşdirib itirdiyiniz avadanlığı gələn səs ilə tapa bilərsiniz.
7. Əgər uzaqdırsa və harda itdiyini xatirlamırsınızsa, məlumatlarınıza görə narahatsınızsa, avadanığı uzaqdan sıfırlaya bilərsiniz.

8. Ekrana şifrə və qeyd qoymaq mümkündür. Avadanlığı tapan şəxs daxil ola bilməsin amma qeydinizi oxusun. Məsələn həmin qeydə nömrənizi yazıb, "Telefonu tapan bu nömrəyə zəng eləsin" , yaza bilərsiniz.

9. Təhlükəsizliyiniz üçün, mobil qurğunuzu qeydiyyatdan keçirdiyiniz hesabı, şübhəli yerlərdə hesab kimi istifadə etməyin. Ona görə ki, sizin giriş məlumatları oğurlanarsa, oğurlayan şəxs sizin olduğunuz məkandan tutmuş, şəxsi məlumatlarınıza və əlaqədəki nömrələrinizə qədər geniş diapozonda məlumat ələ keçirə bilər.

10. Bəzən görə bilərsiniz ki, internetdə üçüncü tərəf sizə kiminsə yerini öyrənmək vəya kimisə təqib etmək üçün proqram təminatı reklamı etsin. Bu proqram təminatına məlumatlarınızı əlavə etmək, vəya istifadə etmək heç bir halda tövsiyyə edilmir.

11. Ümumiyyətlə çalışmaq lazımdır ki, əməliyyat sisteminin istehsalçısı olan şirkətin vəya etibarlı mənbələrin proqram təminatından istifadə edəsiniz.

12. Bu məsələlərdə hər zaman etibarlı mənbələrdən və İT mühəndislərdən tövsiyyə almaq mütləqdir.

Digər həllərdən biri isə smart saatlardır. Əsasən uşaqların təqibi üçün valideynlər tərəfindən istifadə olunur. Yaddan çıxarmamalıyıq ki, qeyri-qanunu və icazəsiz hər növ təqib mənəvi və hüquqi məsuliyyətdir".