Azerbaijan

""Tik-kok"dakı gözəl kişini görən kimi elə biləcək onun şahzadəsi budur" - Kəmalə Ağazadə

"Son bir həftə ərzində 4 qadın uşaqlarını ataraq evdən gedib".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, həmin qadınların həyat yoldaşları uşaqlara baxa bilmədiklərini və sığınacağa qəbul edilmələrini xahiş edib:

"Qadınların evdən getmə səbəbləri fərqlidir. Qarşı tərəflərdən bizə müraciət edilib ki, ana uşağını qoyub gedib. Onlar bildirib ki, analar evdən gedəndən sonra axtarışa verilib. Araşdırma zamanı məlum olub ki, qadının telefonundan müxtəlif yazışmalar çıxıb, xoşagəlməz məsələlərdir. Digər qadın isə yazıb ki, uşaqlarımın arxasınca gələcəyəm. İndi uşaqlara ataları baxır".

Kəmalə Ağazadə bildirib ki, bu məsələdə diqqət çəkən bir məqam var:

"Əvvəllər analar uşaqlarını atmazdılar. Artıq ana da uşağını atıb gedirsə, deməli, problem ciddidir və bununla bağlı iş aparılmalıdır. Hər kiçik məsələyə görə evdən getməkdən deyil, ailələr arasında münasibətlərin pozulmasından söhbət gedir. Bu ailələrin vəziyyətləri, səbəblər araşdırılmalıdır. Həssas ailələr nəzərə alınmalı və onlarla iş aparılmalıdır. Bu, xoşagəlməyən mənzərədən xəbər verir. Sosial şəbəkələrin də qadınlara çox təsiri var və bu istiqamətdə iş aparılmalıdır. Sevmədiyi adama ərə gedən qadın "Tik-kok"dakı gözəl kişini görən kimi elə biləcək onun şahzadəsi budur. Ailələr dağılır".

Milli.Az

Football news:

Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans
Mbappe has 46 (28+18) points on the goal+pass system in 48 games in the Champions League
Atletico conceded twice before the 15th minute for the first time under Simeon
Guardiola pro 5-1 with Brugge: One of Man City's best games in European competitions