Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Tokayev Putinlə görüşmək üçün Moskvaya getdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedib.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında bildirilir.

Qeyd olunur ki, prezidentlər sabah danışıqlar aparacaqlar. Həmçinin, iki ölkə liderləri onlayn rejimdə Qazaxıstan və Rusiya Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəklər.

Tokayevin Moskvaya rəsmi səfəri Qazaxıstan prezidenti seçildikdən sonra ilk xaricə səfəri olub.

Qazaxıstan prezidentinin planlarına Emmanuel Makronla danışıqlar üçün noyabrın 29-30-da Fransaya səfəri də daxildir.

Xatırladaq ki, Kasım-Jomart Tokayev noyabrın 20-də Qazaxıstanda keçirilən prezident seçkilərində səslərin 81,31 faizini qazanaraq qalib gəlib. Ölkə üzrə seçici fəallığı 69,44 faiz təşkil edib.

Hüseyn İbadlı