Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Trans gözəlin əri səhnəyə hücum etdi

Braziliyanın “Miss Mato Grosso 2023” gözəllik yarışmasında maraqlı hadisə yaşanıb.

Publika.az Olay-a istinadla xəbər verir ki, müsabiqədə ikinci yerdə qərarlaşan Natalli Bekerin əri buna qəzəblənib.

O, birinci seçilən Emannuelli Belinin başına tac qoyulduğu zaman səhnəyə hücum edib, sonra tacı götürərək yerə vurub.

Bu hadisədən sonra qalib çətin anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, sözügedən müsabiqədə yalnız trans qadınlar iştirak edə bilir.

Həmin görüntüləri təqdim edirik: