Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türkiyədə DƏHŞƏTLİ HADİSƏ: qapıçının başına künc bayrağı ilə zərbə endirdi

Türkiyədə Birinci Liqanın "Göztepe" - "Altay" matçında azarkeş meydançaya qaçaraq rəqibin qapıçısına künc bayrağı ilə zərbə endirib.

Bu barədə Publika.az xarici KİV-ə istinadla xəbər verir.

Bildirilib ki, əvvəlcə "Altay" azarkeşləri "Göztepe"nin ev azarkeşlərinin tribunasına raket atıblar. Bir neçə azarkeşin tibbi yardıma ehtiyacı olub, meydana iki təcili yardım maşını çıxıb.

Bir qədər sonra “Göztəpə” azarkeşi özü ilə künc bayrağı götürərək meydançaya qaçıb və onunla “Altay”ın qapıçısı Ozan Özenkə başının arxasına bir neçə zərbə vurub.

Qeyd edək ki, qarşılaşma ilk hissənin ortalarında dayandırılıb və hələ də davam etdirilməyib.

Türkiyə Birinci Liqasının turnir cədvəlində “Altay” 11-ci, “Göztəpə” 13-cüdür.

Hüseyn İbadlı