Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türkiyədə GÜCLÜ PARTLAYIŞ: yaralananların sayı artdı

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakale rayonunda yaşayış binasının birinci mərtəbəsində partlayış nəticəsində yaralanaların sayı 6-ya çatıb. Yaralıların həyati təhlükəsi yoxdur.

Publika.az xəbər verir ki, rayon administrasiyasının məlumatına görə, partlayış istilik qazanı səbəbindən baş verib.

Qəzetin bildirib ki, partlayış yaşayış binasının birinci mərtəbəsində yerləşən zərgərlik mağazasında baş verib. Yaralılar - mağazanın üstündəki mənzildə olan 6 nəfər xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində məhəllədə üç mağazaya ziyan dəyib.

Partlayış sonucunda səpələnmiş qızıl-zinət əşyaları toplanaraq mağaza sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

xxx

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakal rayonunda evdə baş verən partlayış nəticəsində ən azı 4 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, polisin ilkin versiyasına görə, partlayış sexlərin yerləşdiyi altı mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Partlayış dalğasından binadakı tavanlar qismən uçub, qonşu evlərdə pəncərələr sınıb, küçədə dayanan avtomobillərə ziyan dəyib. Hadisə yeri əhatəyə alınıb, araşdırma aparılır.