Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türkiyədə Gürcüstan vətəndaşlarının olduğu mirkoavtobus qəzaya düşüb,

Gürcüstan vətəndaşlarının olduğu avtobus Türkiyədə qəzaya düşüb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Acarıstan Muxtar Respublikasının hökuməti məlumat yayıb.

Bildirilib ki, Trabzon şəhəri yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hökumət başçısı Tornike Rijvadzenin göstərişinə əsasən Acarıstanın səhiyyə naziri Nino Nijaradaze Türkiyəyə hadisə yerinə yola düşüb.

Milli.Az