Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türkiyə seçkiləri: Dörd partiya anlaşdı - Prezidentliyə

Türkiyəli jurnalist və keçmiş millət vəkili (CHP-dən) Barış Yarkadaş 4 partiyanın prezident seçkilərinə birlikdə getməyə qərar verdiyini deyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  jurnalist məsələ ilə əlaqədar keçirilən görüşdə razılaşma əldə olunduğunu bildirib.

"Zəfər Partiyası, Məmləkət Partiyası, Ədalət Partiyası və Doğru Partiyası seçkilərə vahid komanda şəklində və ortaq proqramla getməyi planlaşdırır", - Yarkadaş bildirib.

Onun sözlərinə görə, yeni müxalif blokunun prezidentliyə namizədliyi bir müddət əvvəl CHP-dən kənarlaşdırılan Bolu şəhər bələdiyyəsinin sədri Tanju Özcan olacaq:

"Blokun namizədi böyük ehtimalla Bolu bələdiyyəsinin başçısı Tanju Özcandır. Partiya liderləri buna isti baxırlar".

"Altılıq Masası" koalisiyanın namizədlik tapmacası davam edərkən, Tanju Özcandan diqqətçəkən açıqlama gəlmişdi. "Masa"dakı liderlərə məktub yazan Özcan bu blokun namizədi olmaq istədiyini demişdi.

Milli.Az