Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Türklər düşməndir, yoxsa dost?”

Son zamanlar Türkiyə-Yunanıstan münasibətlərində gərginlik artsa da, yunanlar bu ölkəni düşmən olaraq görmürlər.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Yunanıstanda politic.gr saytının keçirdiyi son sorğuda "Türk xalqı dostdur, yoxsa düşmən?" sualı qoyulub.

Sorğuda iştirak edən yunanların 68 faizi türkləri “Dost”, 19 faizi “Düşmən” gördüyünü bildirib, 13 faizi isə bitərəf qalıb.

Türkiyədə “Metropoll” araşdırma şirkətinin ötən aylarda keçirdiyi sorğu nəticəsində məlum olub ki, ölkə vətəndaşlarının 64 faizi yunanları düşmən deyil, dost kimi görür.

Sorğuda iştirak edənlərə Yunanıstanda keçiriləcək seçkilərdə hansı partiyaya səs verəcəkləri də soruşulub. Buna görə, Baş nazir Kiriakos Mitsotakisin “Yeni Demokratiya” Partiyası ilə onun sələfi Aleksis Çiprasın SİRİZA Partiyası arasındakı fərq 8.3 faizə qədər azalıb. “Yeni Demokratiya” 32.3 faiz, SİRİZA isə 24 faiz səs toplayıb.

Mitsotakis 46.6 faiz səslə Yunanıstanda ən populyar siyasi lider olaraq qalır, Çipras isə cəmi 26 faiz səs toplayıb.