Azerbaijan

“Üç-dörd dəfə xəyanət edib, amma mən bağışlamışdım” -

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Ramil Rəhmanov ifadə verib.

Dindirmələr zamanı məlum olub ki, Ramil Rəhmanovla Svetlana Məmmədovanın evliliyi hər ikisinin ikinci nikahı olub. Amma onlar qısa müddət sonra boşanıblar.

Ramil Rəhmanov məhkəmədə ifadəsində iddia edib ki, keçmiş həyat yoldaşını xəyanətə görə qətlə yetirib: "Bundan əvvəl də 3-4 dəfə elə hərəkətləri olmuşdu. Amma mən bağışlamışdım. Daha doğrusu, and içmişdi ki, elə deyil, mən də inanıb, onun üçün keçmişdim".

Ramil Rəhmanov hadisəni törədəndən sonra özü könüllü şəkildə polisə məlumat verərək, təslim olub.

Xatırladaq ki, R.Rəhmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

İttihama görə, həyat yoldaşının xəyanət etdiyini düşünən R.Rəhmanov boşanıb. Bir müddətdən sonra o keçmiş həyat yoldaşı Svetlana Məmmədovanın küçədə başqa avtomobilə əyləşdiyini görüb. Həmin gün o S.Məmmədovanı küçədə tutaraq boş sahəyə aparıb və orada onun boğazını kəsərək qətlə yetirib.

Milli.Az 

Football news:

Julius Korostelev is the first Russian in Juve and Atalanta. His talent saved him from the war, but his character sent him to the lower leagues already at 26
Leicester has the best owners in the Premier League: they donate to hospitals, build a base, call Buddhist monks and sleep with the FA Cup
Mo Salah is the best, but even Klopp admitted the huge problems of Liverpool's attack against Atletico
Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans