Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofonov Asiya Konfederasiyasına keçidlə bağlı əvvəllər niyə düşünmədikləri haqda danışıb.
Publika.az xəbər verir ki, baş katib UEFA-nın onlara ümid verdiyini bildirib:
“Ötən ilin sonunda UEFA-dan çıxmaq üçün müraciət etsəydik, onların iyulun 1-də bizi buraxmaqdan başqa çarəsi qalmazdı.
Daha sonra UEFA bizi bu sözlərlə motivasiya etdi: “Həmkarlar, biz sistem yaratmağa və Rusiyanın beynəlxalq yarışlara qayıtmasına kömək etməyə çalışacağıq. Tələsməyin, getməyin”. Biz bununla razılaşdıq və işçi qrupunun yaradılmasını təklif etdik”, – Maksim Mitrofanov bildirib.
Xatırladaq ki, Maksim Mitrofonov Rusiya futbolunun beynəlxalq yarışlara qaytarılması üzrə işçi qrupunun üzvüdür. İşçi qrupuna FİFA və UEFA nümayəndələri də daxildir.