Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ukraynadan ABŞ-a: Rusiya üstündür, silah verin!

Amerika Birləşmiş Ştatlarını Ukraynaya 155 millimetrlik artilleriya sistemləri verməyini xahiş edirəm

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli ilə söhbətindən sonra deyib.

Zalujnı bildirib ki, düşmənin əsas hücumları Luqansk vilayətinin şimalına köklənib:

"Düşmən kütləvi şəkildə artilleriyadan istifadə edir və təəssüf ki, on qat atəş üstünlüyünə malikdir. Amma hər şeyə rəğmən, biz mövqelərimizi qorumağa davam edirik. Orada Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim deyil, işğalçının da... Rusiya ordusu Çerniqov və Sum vilayətlərində Ukrayna müdafiə qüvvələrinin bölmələrini artilleriya və minaatanlardan atəşə tutmaqda davam edir. Bəzi ərazilərdə əks-hücum əməliyyatlarına keçdik. Bu günə olan məlumata görə, cəbhənin eni 2450 km-dir ki, bunun da 1105 km-də aktiv şəkildə döyüş gedi. Mən bir daha general Milliyə xahişimi təkrar etdim - bizə kömək etsin. Mümkün qədər tez daha çox artilleriya 155 mm çaplı sistemlər verilsin".

Milli.Az