Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ukraynalılardan 122 gün də tab gətirmək xahiş olundu

“Kiyev Regional Elektrik Şəbəkələri” enerji holdinqinin rəhbəri Maksim Timçenko ukraynalılardan daha 122 qışın soyuğuna dözməyi xahiş edib.

Publika.az xəbər verir ki, o, bu barədə “Bloomberg”-ə müsahibəsində bildirib.

Timçenkonun sözlərinə görə, ölkədə elektrik enerjisi ilə bağlı problemlər fonunda ukraynalılar yaz gələnə qədər dayanmalıdırlar. “Mən tam əminəm ki, biz bu qışdan sağ çıxa biləcəyik. Biz xaricdən getdikcə daha çox texnika alırıq”, - deyə o əlavə edib.

Timçenko, həmçinin qeyd edib ki, DTEK-in problemin həllinə cəlb etdiyi xilasetmə qrupları və mühəndislərin səyləri “sağ qalmaq” üçün kifayət edəcək. O vurğulayıb ki, enerji sisteminin tam bərpası üçün Ukraynaya milyardlarla investisiya lazımdır.

Holdinq rəhbərinin sözlərinə görə, Ukrayna enerji sistemini qorumağın yollarından biri külək və ya günəş elektrik stansiyalarının istifadəsi ola bilər.

Akqabay