Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan

Rusiya Dövlət Dumasının Novosibirskdən olan deputatı Dmitri Savelyev bu günlərdə həm Ukrayna, həm də Rusiya mediasında məsxərə obyektinə çevrilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "Veqa" könüllülər batalyonu ilə Ukrayna ilə savaşmağa gedəcəyi deyilən deputat elə yarı yoldaca geri qayıdıb.

Məlum olub ki, "qəhrəman" deputat öncə Novosibirsk vilayətinin Çanı stansiyasında qatardan düşüb, maşınla Omska gedib və oradan Moskvaya uçub. Savelyevin özü medianın israrlı sual və sorğularına cavab verməkdən boyun qaçırır.

Qeyd edək ki, Rusiyada deputatların cəbhə bölgəsinə getməsi tapşırığı birbaşa Kremldən gəlib.

2022-ci il dekabrın sonunda Novosibirsk Qanunvericilik Məclisinin birinci spikeri Andrey Panferov Dmitri Savelyevin hakim "Vahid Rusiya" partiyasının regional deputatları ilə birlikdə "Veqa" batalyonunun tərkibində döyüşə gedəcəyini bildirmişdi.

Milli.Az