Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Uşaqlar bizim gələcəyimizdir!" adlı xeyriyyə yarmarkası keçirilir

"Davam" Gənclər Hərəkatı və Azərbaycan Uşaq Fondunun birgə təşkilatçılığı ilə Sahil bağı ərazisində "Heydər Əliyev İli" çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir!" adlı xeyriyyə yarmarkası keçirilir.

Publika.az xəbər verir ki, ötən saatlarda yarmarkanın açılış mərasimi baş tutub.

Mərasimdə "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı və Azərbaycan Uşaq Fondunun icraçı direktoru Zəhra Bədəlbəyli çıxış ediblər.

Yarmarkada müxtəlif sənətkar və sahibkarların əl işləri, kitab, geyim və yeyinti məhsullarının təqdim olunduğu stendlər yer alır. Yarmarka çərçivəsində paralel olaraq tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı da təşkil olunub.

Qeyd edək ki, yarmarka 1-2 iyun tarixlərini əhatə edəcək və əldə olunan gəlir Azərbaycan Uşaq Fonduna ianə olunacaq.