Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Uşaqlarınıza bu çörəkdən verməyin

Xüsusilə böyümə və inkişaf dövründə uşaqlarımızın sağlamlığına yüksək kalorili, az lifli, aşağı vitamin və mineral tərkibli qidalar, qazlı və şəkərli içkilər, çips, şokolad, biskvit və tortlar, qızardılmış kartoflar, hazır xəmir yeməklər və fəst fud mənfi təsir göstərir.

Medicinaa.z xəbər verir ki, bəzi valideynlər uşaqlarının kökələcəyindən qorxaraq onlara pəhriz qidaları verirlər. Bu qidalar da uşaqların sağlamlığına mənfi təsir göstərir.

Qazlı içkilər, çay və qəhvə çox miqdarda istehlak edildikdə bədəndə dəmir çatışmazlığına səbəb olur. Şəkərli içkilər həddindən artıq enerji istehlakına səbəb olduqları üçün çəki artımına gətirib çıxarır. Meyvə əvəzinə meyvə şirələri istehlak etmək uşağınızın vitamin və minerallardan məhrum olması deməkdir. Fəst fud, pizza, hamburger, sosis, dönər kimi istehlak edilən qidalar A və C vitaminləri və kalsium baxımından yetərsizdir. Bu vitaminlərin az qəbulu immunitet çatışmazlığına, ürək-damar xəstəlikləri və katarakt riskinin artmasına səbəb olur. Fəst fud məhsullarının tərkibindəki rəngləyici, ətir və ləzzətartırıcı maddələr, o cümlədən bu məhsulların düzgün istifadə edilməməsi və tez-tez istifadəsi xərçəng və diabet riskini artırır.

Son zamanlarda bir çox analar kəpəkli çörəyin uşaqlar üçün uyğun olduğunu düşünürlər. Ancaq böyüklərdən fərqli olaraq kəpəkli məhsullar uşaqların inkişafına mənfi təsir göstərir. Həddindən artıq kəpəkli qida dəmir və kalsium kimi uşaqların inkişafında əhəmiyyətli olan mineralların itirilməsinə gətirib çıxarır. Həmçinin uşaqlara yüngül süd məhsulları da verirlər. Yetkinlər üçün sağlam qidalanma sayılan yüngül süd məhsulları uşaqların inkişafı üçün uyğun deyil. Çünki uşaqların beyin inkişafı üçün doymuş yağ turşularına ehtiyacı var və bu yağ turşuları yüngül süd məhsullarında yoxdur. Qatqıları olan məhsulların uşağınızın sağlamlığına mənfi təsir etdiyini unutmayın.

Milli.Az