Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi

Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordenli Abakar Hacıyevin ailəsinə Bakı şəhərində dördotaqlı mənzil verilib. 

Milli.Az bildirir ki, bu barədə bizim.media-ya şəhidin həyat yoldaşı Arzu Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əməkdaşı ona Suraxanı rayonunun Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzilin açarını təqdim edib.

Arzu Hacıyera bildirib ki, Bakıda evi olmaq Abakarın arzusu idi:

"Həmişə Bakıya iclasa gedəndə gecə yarısı olsa da, rayona qayıdardı, qohum evində gecələməyi sevməzdi".

Abakar Hacıyevin həyat yoldaşı ailələrinə ev verilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 

Şəhidin anası, Zaqatalanın Dardoqqaz kəndində yaşayan Pirdas Hacıyeva oğlunun ailəsinin mənzil məsələsini həll edən dövlət qurumlarına, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Abakar Hacıyev 24 il qüsursuz xidmət edib. O, Vətən müharibəsində Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şəhid olub.

Milli.Az