Hollivud ulduzu Jan Klod Van Damın oğlu Kristofer Van Damla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə qayınansı Qledis Portiqeslə bağlı paylaşım edib.
Milli.Az "axşam.az"a istinadən xəbər verir ki, Suada qayınanası ilə fotosunu sosial media hesabında paylaşaraq onu doğum günü münasibəti ilə təbrik edib:
"Heç vaxt təslim olmayan, sevgi dolu gözəl ürəyə sahib, nə olursa-olsun həmişə uşaqlarının, ailəsinin yanında olan gözəl və güclü qadın, ad gününüz mübarək. Həyat çoxlu enişli-yoxuşlu, yaxşı və pis günlərlə dolu bir bağlama ilə gəlir. Lakin o, həmişə həmin günlərin keçməsini, günəş işığını içəridə saxlamağı, davam etməyi və irəli getməyi seçir. Bu, onda sevdiyimiz cəhətdir. İçindəki güc, cəsarət və sevgi. O, həyatı boyu bir çox qadına ilham verib və hələ də buna davam edərək onlara kömək olur. Doğuşdan bəri əsl çempion.
Həmişə gülümsəyin, bizim tək istədiyimiz odur ki, siz həmişə xoşbəxt olasınız və həyatınızı dolu-dolu yaşayasınız. Qoy həyatınız sakit yay günündə sevdiyiniz okean kimi olsun - hamar, sakit, günəşin əksində parıldayan, sizin kimi gözəl. Biz səni sevirik".
Milli.Az