Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

"Vaqif" operasının tamaşası keçiriləcək

Xalq Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunmuşdur "Vaqif" operasının tamaşası keçiriləcək.

Noyabrın 7-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin "Vaqif" operasının tamaşası keçiriləcəkdir.  Tamaşa görkəmli xanəndə, Respublikanın Xalq artisti Xalq Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunub.

Opera tamaşasında Teatrın aparıcı solistləri Azərbaycan Respublikasının Əməkdar artistləri  Ramil Qasımov (Vaqif), Fəridə Məmmədova  (Xuraman),  Fərid Əliyev (şah Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), Elnur Zeynalov (Xanəndə), Xalq artisti Əli Əsgərov (Vəzir), solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan), AytənMəhərrəmova (Qarı), Rza Xosrovzadə (Vidadi), Zümrüd Davudova (Gülnar) və b. iştirak edəcəklər. 

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar  artist, dirijorların beynəlxalq müsabiqələrinin  laureatı Əyyub Quliyev idarə edəcək.

"Vaqif" operasının  quruluşçu rejissoru Əməkdar  incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az