Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Vardanyan Qarabağdan qaçdı: Əgər onu yenidən gizli şəkildə göndərsələr...

“Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək”.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər:

“Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa da bərpa edə bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər. Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir”.

Qeyd edək ki, Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyanın Moskvaya qaçdığı xəbərləri yayılıb. Qeyd olunur ki, Vardanyan sülhməramlıların paltarını geyinərək, onların avtomobilində Qarabağdan çıxıb və Moskvaya gedib.

Akqabay