Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Vasif Talıbovun oğlu Seymur Talıbov işdən çıxarılıb? -

Dünən Naxçıvan Dövlər Universitetinin prorektoru Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi.

Milli.Az bildirir ki, yayılan xəbərlə bağlı Manset.az-ın əməkdaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.

"Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllum universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur.

Milli.Az